Neft ucuzlaşıb

  • 10 Oktyabr, 2019 09:23
Neft ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti azalıb.

"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,07 dollar və ya 0,13% azalaraq 52,52 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,09 dollar və ya 0,15% azalaraq 58,23 dollar təşkil edib.