Neft ucuzlaşıb

  • 10 Fevral, 2020 09:32
Neft ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti azalıb.

"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,07 dollar və ya 0,14% azalaraq 50,25 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 0,09 dollar və ya 0,17% azalaraq 54,38 dollar təşkil edib.