Neft ucuzlaşıb

  • 30 İyun, 2020 08:27
Neft ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti azalıb.

"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,24 ABŞ dolları və ya 0,60% azalaraq 39,46 dollar təşkil edib.

ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,15 dollar və ya 0,36% azalaraq 41,56 dollar təşkil edib.