Neft ucuzlaşıb

  • 29 May, 2020 08:30
Neft ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti azalıb.

"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,60 ABŞ dolları və ya 1,78% azalaraq 33,11 dollar təşkil edib.

ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,21 dollar və ya 0,60% azalaraq 35,08 dollar təşkil edib.