Neft ucuzlaşıb

  • 24 Sentyabr, 2020 09:05
Neft ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti azalıb.

"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,52 ABŞ dolları və ya 1,30% azalaraq 39,41 dollar təşkil edib.

ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,42 dollar və ya 1,01% azalaraq 41,35 dollar təşkil edib.