Neft ucuzlaşıb

  • 20 Fevral, 2021 08:32
Neft ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti azalıb.

"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 1,28 ABŞ dolları və ya 2,12% azalaraq 59,24 dollar təşkil edib.

ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 1,02 dollar və ya 1,60% azalaraq 62,91 dollar təşkil edib.