Neft ucuzlaşıb

  • 17 Sentyabr, 2020 09:05
Neft ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti azalıb.

"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,48 ABŞ dolları və ya 1,20% azalaraq 39,68 dollar təşkil edib.

ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,44 dollar və ya 1,04% azalaraq 41,78 dollar təşkil edib.