Neft ucuzlaşıb

  • 1 Dekabr, 2020 09:05
Neft ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti azalıb.

"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,31 ABŞ dolları və ya 0,68% azalaraq 45,03 dollar təşkil edib.

ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,59 dollar və ya 1,22% azalaraq 47,59 dollar təşkil edib.