Neft məhsullarının ixracı 36% artıb

  • 12 Oktyabr, 2018 12:25
Neft məhsullarının ixracı 36% artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 425 mln. 147,51 min ABŞ dolları dəyərində 837 min 919,60 ton neft məhsulları ixrac edib.

Bu barədə “Finans.az” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 220 min 239,95 ton və ya 35,66% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 186 mln. 880,23 min dollar və ya 78,43% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrə 238 mln. 267,28 min dollar dəyərində 617 min 679,65 ton neft məhsulu ixrac edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-sentyabr aylarında neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 2,98%-ni təşkil edib.