Neft Fondundan büdcəyə transfertlər azalacaq

  • 18 Oktyabr, 2019 17:21
Neft Fondundan büdcəyə transfertlər azalacaq

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il üçün büdcəsinin gəlirləri 12 384,1 mln. manat nəzərdə tutulur.

“Finans.az” xəbər verir ki, bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrində qeyd olunur.

ARDNF-in 2020-ci il üçün büdcəsinin xərcləri 11,560 mlrd. manat təşkil edəcək. Bu da 2019-cu illə müqayisədə 4,3 mln. manat azdır.

Sənəddə qeyd edilib ki, ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı həddi 11,350 mlrd. manat səviyyəsində nəzərdə tutulur ki, bu da 2019-cu illə müqayisədə 14,3 mln. manat və ya 0,1% azdır.


Mənbə: report.az