Neft Fondu valyuta satışını xeyli azaldıb

  • 3 may, 2021 11:25
Neft Fondu valyuta satışını xeyli azaldıb

Bu ilin yanvar-aprel aylarında Dövlət Neft Fondu (ARDNF) 1 mlrd 989,8 mln ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

"Finans.az" Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,8 % azdır.

Təkcə aprel ayında isə ARDNF-in valyuta satışının məbləği 509,9 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin aprel ayına nisbətən 4 % azdır.