Neft Fondu valyuta satışını 12% azaldıb

  • 7 Avqust, 2019 11:26
Neft Fondu valyuta satışını 12% azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondu (ARNDF) 3 078,5 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

“Finans.az” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 432,3 mln. dollar yaxud 12,3% azdır.

Yeddi aylıq valyuta satışının 434,9 mln. dolları iyul ayının payına düşüb. Bu isə ötən ilin iyul ayına nisbətən 101,7 mln. dollar və yaxud 19% azdır.


Mənbə: report.az