Neft bahalaşıb

  • 23 Sentyabr, 2019 09:04
Neft bahalaşıb

Dünya birjalarında neftin qiyməti artıb.

"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,65 dollar və ya 1,12% artaraq 58,74 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,71 dollar və ya 1,10% artaraq 64,99 dollar təşkil edib.