Neft bahalaşıb

  • 20 Sentyabr, 2019 09:15
Neft bahalaşıb

Dünya birjalarında neftin qiyməti artıb.

"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,55 dollar və ya 0,95% artaraq 58,68 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,30 dollar və ya 0,47% artaraq 64,70 dollar təşkil edib.