Neft bahalaşıb

  • 19 Mart, 2020 09:40
Neft bahalaşıb

Dünya birjalarında neftin qiyməti artıb.

"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 2,28 dollar və ya 11,19% artaraq 22,65 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 1,01 dollar və ya 4,06% artaraq 25,89 dollar təşkil edib.