Neft bahalaşıb

  • 19 Fevral, 2020 09:23
Neft bahalaşıb

Dünya birjalarında neftin qiyməti artıb.

"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,57 dollar və ya 1,10% artaraq 52,62 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 0,62 dollar və ya 1,07% artaraq 58,37 dollar təşkil edib.