Neft bahalaşıb

  • 30 Oktyabr, 2020 09:05
Neft bahalaşıb

Dünya birjalarında neftin qiyməti artıb.

"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,18 ABŞ dolları və ya 0,50% artaraq 36,35 dollar təşkil edib.

ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,23 dollar və ya 0,61% artaraq 37,88 dollar təşkil edib.