Neft bahalaşıb

  • 21 Noyabr, 2020 09:05
Neft bahalaşıb

Dünya birjalarında neftin qiyməti artıb.

"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,41 ABŞ dolları və ya 0,98% artaraq 42,15 dollar təşkil edib.

ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,76 dollar və ya 1,72% artaraq 44,96 dollar təşkil edib.