Neft bahalaşıb

  • 15 Mart, 2019 08:28
Neft bahalaşıb

Dünya birjalarında neftin qiyməti artıb.

"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,03 dollar və ya 0,05% artaraq 58,64 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,04 dollar və ya 0,06% artaraq 67,27 dollar təşkil edib.