Neft bahalaşıb

Dünya birjalarında neftin qiyməti artıb.
"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 1,23 ABŞ dolları və ya 2,11% artaraq 59,47 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 1,29 dollar və ya 2,11% artaraq 62,43 dollar təşkil edib.