Neft bahalaşıb

Dünya birjalarında neftin qiyməti artıb.
"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,67 ABŞ dolları və ya 1,26% artaraq 53,88 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,81 dollar və ya 1,43% artaraq 57,39 dollar təşkil edib.