Neft bahalaşıb

  • 10 İyun, 2019 09:10
Neft bahalaşıb

Dünya birjalarında neftin qiyməti artıb.

"Finans.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,33 dollar və ya 0,61% artaraq 54,32 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,37 dollar və ya 0,58% artaraq 63,66 dollar təşkil edib.