Nazirliyin PR işlərini bu şirkət təşkil edəcək

  • 11 İyul, 2019 13:38
Nazirliyin PR işlərini bu şirkət təşkil edəcək

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 23 may 2019-cu il tarixində elan edilmiş kotirovka proseduru üzrə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilib və tenderin qalibi "Aloprint" MMC müəyyən edilib.

"Finans.az" xəbər verir ki, kotirovka proseduru dövlət proqramlarının icrası ilə bağlı maarifləndirmə və sosial xarakterli videoçarxların hazırlanamsı, PR işinin təşkili işlərinin ilə bağlıdır.

Qeyd edək ki, Nazirliklə "Aloprint" MMC arasında 9 iyul 2019-cu il tarixli KTN-18/2-15 nömrəli 35 000 manat dəyərində satınalma müqaviləsi imzalanıb.