Nazirliyin bu qurumunun direktoru işdən çıxarılıb

  • 6 Sentyabr, 2019 15:25
Nazirliyin bu qurumunun direktoru işdən çıxarılıb

Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru işdən çıxarılıb.

"Finans.az" xəbər verir ki, bununla bağlı Kənd Təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb.

Mətləb Ağakərim oğlu Kərimov öz ərizəsi əsasında vəzifəsindən azad olunub.

Qeyd edək ki, M.Kərimov 2016-cı ildən Kürdəmir rayon Kənd Təsərrüfatı İdarəsinin, qurumun adı dəyişdikdən sonra isə Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışırdı.


Mənbə: report.az