Nazirlikdən 200-dən çox - VAKANSİYA ELANI

  • 6 Sentyabr, 2019 09:38
Nazirlikdən 200-dən çox - VAKANSİYA ELANI

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan qurumlarda 200-dən çox vakant yer üzrə işə qəbul elan edilib.

"Finans.az" nazirliyə istinadən xəbər verir ki, elana əsasən, nazirlik tərəfindən aqronom, baytar həkimi, baytar feldşeri, laborant və traktorçular vakant yerlər üzrə işə qəbul ediləcəklər. Bu ixtisaslar üzrə təcrübə, təhsil, ixtisas, fərdi keyfiyyət tələbləri uyğun gələn şəxslər Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinə (əlaqə telefonu elanda yerləşdirilib) müraciət edə bilərlər. Vakant elan olunan iş yerləri üzrə vəzifə maaşları müxtəlif ixtisaslar üzrə 250-520 manat intervalında dəyişir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında

Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan Ağdaş, Astara, Qax, Balakən, Bərdə, Biləsuvar, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Göyçay, Göyçay, Göygöl, İsmayıllı, Ucar, Kürdəmir, Beyləqan, Lənkəran, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qubadlı, Qusar, Qusar, Sabirabad, Saatlı, Sabirabad, Sabirabad, Salyan Şamaxı, Şəki, Şabran, Şəmkir, Tərtər, Ucar, Xaçmaz, Xızı, Yevlax, Zaqatala, Zərdab qurumlarında vakant aqronom ştatları

İş haqqında qısa təsvir:

Bu iş bitkilərinin zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizəni təşkil etməkdən, əkin sahələrində daim müşahidələr apararaq, zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənməkdən və fenoloji xəritələr hazırlamaqdan, toxumun təmizlənməsinə və keyfiyyətinə nəzarət etməkdən, səpin, becərmə, yığım və saxlanılma dövründə toxum tədarükü sahəsində bütün tədbirlərin düzgün, vaxtında həyata keçirilməsinə əməli köməklik göstərməkdən ibarətdir.

Əmək funksiyaları

Xəstəlik və alaq otlarına qarşı mübarizəni təşkil etmək

Təsərrüfatlarda aparılan bioloji, kimyəvi, aqrotexniki tədbirlərə nəzarət etmək

Bitki mühafizəsi üzrə elmin son nailiyyətləri və qabaqcıl təcrübə sahəsində yerlərdə seminar müşavirələrin keçirilməsinə köməklik göstərmək

Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi, qırıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsini, pestisidlərin saxlanılmasını, daşınmasını və istifadəsini təşkil edir, bitkilərin intensiv texnologiya əsasında əkinində yaxından iştirak etmək

Təcrübəyə dair tələblər:

Sahə üzrə iş təcrübəsi

Təhsil və ixtisas tələblər:

Aqronomluq və Bitki Mühafizə sahəsində ali təhsil

Kompüter biliklərinə dair tələblər:

Microsoft Office Proqramları

Xarici dil tələbləri:

-

Bilməli olduğu zəruri biliklər

aidiyyəti sahə üzrə qanunları, fərmanları, sərəncamları, qərarları, digər normativ hüquqi aktları

müvafiq sahə üzrə təlimatları, metodik göstərişləri, tövsiyələri, onların düzgün tətbiq edilməsini

sortların sınaqdan keçirilməsini, torpaqlardan nümunələrin götürülməsini, analizin nəticələrinin qiymətləndirilməsini

əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını

Sertifikat tələbləri:

-

Fərdi keyfiyyət tələbləri:

Ünsiyyət qabiliyyəti, nizam-intizamlıq

Əmək haqqı:

360-520 AZN

İş vaxtının norması:

09:00 – 18:00 (Həftə içi beş gün, 8 saatlıq iş qrafiki)

İş yerinin ünvanı:

-

Vakansiyanın elan edilmə tarixi 06.09.2019

Son müraciət tarixi 06.10.2019

Əlaqə nömrəsi: 055-886-89-94 - Babək Əliyev.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında

Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan Ağdaş, Astara, Balakən, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, İmişli, Kəlbəcər, Kürdəmir, Lerik, Masallı, Mingəçevir, Neftçala, Oğuz, Qax, Qazax, Qobustan, Quba, Qusar, Sabirabad, Salyan, Siyəzən, Şəki, Şirvan, Şabran, Şəmkir, Xocalı, Xocavənd, Yardımlı, Zəngilan vakant baytar həkimi ştatları

İş haqqında qısa təsvir:

Bu iş heyvanlar arasında yoluxucu və xüsusi təhlükəli olan heyvan mənşəli xəstəlikləri- qarayara (zoonoz), quduzluq, iri buynuzlu heyvanlarda taun xəstəliklərinin yayılmasının qarşısını almaq, onun müayinə və müalicə edilməsi və tam sağlamlaşdırılması üçün xüsusi tədbirlər görmək, bu xəstəliklərə qarşı mübarizə aparmaq məqsədi ilə vaxtında dərman preparatlarının və vaksinlərin əldə edib peyvənd aparılması işini təşkil etməklə bu sahədə olan nöqsan, qüsur və çatışmazlıqlar barədə aidiyyəti təşkilatlara məlumatlar verməklə yoluxucu və invazion xəstəliklərin baş verməsinin vaxtında qarşısınını almaqdan ibarətdir.

Əmək funksiyaları

Xəstəliyin baş verməməsi və yayılmaması, mal-qaranın xəstəliyə qarşı davamlılığını artırmaq məqsədilə iri buynuzlu heyvanlarda, davarlarda peyvəndlərin aparılması işini təşkil etmək

Təsərrüfatlarda yayıla biləcək xüsusi təhlükəli xəstəliklərin qarşısının alınmasına nəzarət etmək

Heyvanlar arasında müayinə-müalicə işinin təşkili

Brusellyoz və vərəm xəstəliklərinin insanlar və heyvanlar arasında yayılmamasını təmin etmək

Əhatə etdiyi sahə üzrə respublika ərazisində xəstəliklərin baş verməsinin qarşısının alınması üçün əməli tədbirlər hazırlayıb həyata keçmək

Təcrübəyə dair tələblər:

Sahə üzrə iş təcrübəsi

Təhsil və ixtisas tələblər:

Baytarlıq sahəsində ali təhsil

Kompüter biliklərinə dair tələblər:

Microsoft Office Proqramları

Xarici dil tələbləri:

-

Bilməli olduğu zəruri biliklər

aidiyyəti sahə üzrə qanunları, fərmanları, sərəncamları, qərarları, digər normativ hüquqi aktları

müvafiq sahə üzrə təlimatları, metodik göstərişləri, tövsiyələri, onların düzgün tətbiq edilməsini

əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə, ətraf mühitin və ekologiyanın qorunması qaydalarını

Sertifikat tələbləri:

-

Fərdi keyfiyyət tələbləri:

Ünsiyyət qabiliyyəti, nizam-intizamlıq

Əmək haqqı:

360-520 AZN

İş vaxtının norması:

09:00 – 18:00 (Həftə içi beş gün, 8 saatlıq iş qrafiki)

İş yerinin ünvanı:

-

Vakansiyanın elan edilmə tarixi 06.09.2019

Son müraciət tarixi 06.10.2019

Əlaqə nömrəsi: 055-886-89-94 - Babək Əliyev.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında

Aqrar Xidmətlər Agentliyinin tabeli qurumlarında Ağdaş, Astara, Balakən, Cəbrayıl, Daşkəsən, Gədəbəy, Göyçay,Göygöl, Hacıqabul, Kəlbəcər, Lerik, Masallı, Neftçala, Qobustan, Salyan, Şəki vakant baytar feldşeri (böyük baytar feldşeri) ştatları

İş haqqında qısa təsvir:

Bu iş baytarlıq müalicə və profilaktika tədbirlərini müstəqil və ya baytar həkiminin nəzarəti altında həyata keçirməkdən, baytar ləvazimatlarının qorunmasından, yuyulub təmiz saxlanılmasından, iş üçün yararlı olmasını təmin etməkdən, dərman maddələrinin hazırlanmasından, müalicə-profilaktika işlərinin aparılması üçün lazım olan əşya və cihazlara (iynə, şpris və s.) nəzarət edilməsindən ibarətdir.

Əmək funksiyaları

Baytar həkimi ilə birlikdə və ya onun rəhbərliyi ilə bütün baytarlıq müalicə işlərinin aparılması

Peyvəndlərin aparılması, iynələrin vurulması

Dərmanların verilməsi

Analiz üçün qan nümunələrinin götürülməsi

Laborator analizlərin aparılmasına köməklik göstərilməsi

Təcrübəyə dair tələblər:

Sahə üzrə iş təcrübəsi

Təhsil və ixtisas tələblər:

Baytarlıq sahəsində orta-ixtisas təhsili

Kompüter biliklərinə dair tələblər:

Microsoft Office Proqramları

Xarici dil tələbləri:

-

Bilməli olduğu zəruri biliklər

müalicə əşyalarından və ləvazimatlarından istifadə qaydası

müalicələrin aparılması qaydası

laboratoriya analizlərinin götürülməsi, analizlərin və müayinələrin aparılması

müayinə və analizlərin nəticəsi ilə əlaqədar rəy və təkliflərin hazırlanması, əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar-gigiyena qaydaları

Sertifikat tələbləri:

-

Fərdi keyfiyyət tələbləri:

Ünsiyyət qabiliyyəti, nizam-intizamlıq

Əmək haqqı:

310-350 AZN

İş vaxtının norması:

09:00 – 17:15 (Həftə içi beş gün, 36 saatlıq iş qrafiki)

İş yerinin ünvanı:

-

Vakansiyanın elan edilmə tarixi 06.09.2019

Son müraciət tarixi 06.10.2019

Əlaqə nömrəsi: 055-886-89-94 - Babək Əliyev.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında

Aqrar Xidmətlər Agentliyinin tabeli qurumlarında Astara, Cəbrayıl, Lənkəran, Quba, Sabirabad, Sabirabad, Şəki, Xocalı, Zəngilan vakant laborant ştatları

İş haqqında qısa təsvir:

Bu iş laboratoriyada olan cihaz, mikroskop və digər texniki vasitələri istifadə etmək üçün xüsusi hazırlığa malik olmaqla xam maldan analizlərin götürülməsi, onların analizə hazırlanması, əkilməsi, analizlərinin aparılması işini yerinə yetirilməsindən ibarətdir.

Əmək funksiyaları

Heyvanlarda olan keçici xəstəliklərin müayinə edilməsi üçün baytarlıq-sanitariya qaydalarına uyğun olaraq analizlərin götürülməsini və onların yoxlanılması işini aparmaq

Dəri və xəz dəri xammalı nümunələrində prasipitasiya aksiyası vasitəsilə qarayara xəstəliyinə qarşı tədqiqat aparmaq və laboratoriya müayinələri etmək

Götürülmüş ət və piy nümunələrini trixinellyoza, finnoza görə yoxlanılmaq üçün bakterioskopiya hazırlayır və müayinədən keçirmək

Təcrübəyə dair tələblər:

Sahə üzrə iş təcrübəsi

Təhsil və ixtisas tələblər:

Sahə üzrə ali təhsil

Kompüter biliklərinə dair tələblər:

Microsoft Office Proqramları

Xarici dil tələbləri:

-

Bilməli olduğu zəruri biliklər

müalicə əşyalarından və ləvazimatlarından istifadə qaydası

müalicələrin aparılması qaydası

laboratoriya analizlərinin götürülməsi, analizlərin və müayinələrin aparılması

müayinə və analizlərin nəticəsi ilə əlaqədar rəy və təkliflərin hazırlanması, əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar-gigiyena qaydaları

Sertifikat tələbləri:

-

Fərdi keyfiyyət tələbləri:

Ünsiyyət qabiliyyəti, nizam-intizamlıq

Əmək haqqı:

310-350 AZN

İş vaxtının norması:

09:00 – 17:15 (Həftə içi beş gün, 36 saatlıq iş qrafiki)

İş yerinin ünvanı:

-

Vakansiyanın elan edilmə tarixi 06.09.2019

Son müraciət tarixi 06.10.2019

Əlaqə nömrəsi: 055-886-89-94 - Babək Əliyev.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında

Aqrar Xidmətlər Agentliyinin tabeli qurumlarında Ağstafa, Beyləqan, Cəlilabad, Göygöl, Masallı, Mingəçevir,Neftçala, Qazax, Qobustan, Quba, Sabirabad, Samux, Şamaxı, Şəki, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Zərdab sürücü vəzifələri, Balakən, Bərdə, Cəlilabad, Şamaxı, Şəki, Xaçmaz traktorçu vəzifələri

İş haqqında qısa təsvir:

Bu iş avtonəqliyyat və ya traktorun idarə edilməsindən ibarətdir.

Əmək funksiyaları

Avtomobilin və ya traktorun idarə edilməsi

Təcrübəyə dair tələblər:

-

Təhsil və ixtisas tələblər:

Sürücülük məktəbi

Kompüter biliklərinə dair tələblər:

-

Xarici dil tələbləri:

-

Bilməli olduğu zəruri biliklər

Yol hərəkəti qaydaları

Mexaniki nəqliyyat vasitəsinin texniki parametrlərini

əməyin mühafizəsi qaydalarını, texniki təhlükəsizlik qaydalarını

Sertifikat tələbləri:

Sürücülük vəsiqəsi

Fərdi keyfiyyət tələbləri:

Nizam-intizamlıq, səbirlilik, diqqətcillik

Əmək haqqı:

250-290 AZN

İş vaxtının norması:

09:00 – 18:00 (Həftə içi beş gün, 8 saatlıq iş qrafiki)

İş yerinin ünvanı:

-

Vakansiyanın elan edilmə tarixi 06.09.2019

Son müraciət tarixi 06.10.2019

Əlaqə nömrəsi: 055-886-89-94 - Babək Əliyev.