Nazirlik daha 15 növdə e-arayış xidmətini istifadəyə verəcək

  • 13 Yanvar, 2020 11:31
Nazirlik daha 15 növdə e-arayış xidmətini istifadəyə verəcək

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) daha 15 növdə e-arayış xidmətini istifadəyə verməyi planlaşdırır.

"Finans.az" ƏƏSMN-ə istinadən xəbər verir ki, nazirliyin 15 növ e-arayış xidməti ildə 1 milyon 500 mindən çox şəxsin müvafiq arayışları e-qaydada əldə etməsinə imkan verir.

2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Onlar aşağıdakılardır:

  • 1.İş yerinə dair e-arayış xidməti
  • 2.Əlilliyə dair e-arayış xidməti
  • 3.Müavinətlə təmin edilmə barədə e-arayış xidməti
  • 4.Təqaüdlə təmin edilmə barədə e-arayış xidməti
  • 5.Pensiya ilə təmin edilmə barədə e-arayış xidməti
  • 6.Maddi yardımla təmin edilmə barədə e-arayış xidməti
  • 7.Şəhid vərəsələrinin birdəfəlik ödəmə alması barədə e-arayış xidməti
  • 8.Dövlət tərəfindən avtomobillə təmin olunma barədə e-arayış xidməti
  • 9.Dövlət tərəfindən mənzillə təminat barədə e-arayış xidməti
  • 10.Ünvanlı dövlət sosial yardımının təyinatı barədə e-arayış xidməti
  • 11.Ünvanlı dövlət sosial yardımının ödənişi barədə e-arayış xidməti
  • 12.Fərdi şəxsi hesab barədə e-arayış xidməti
  • 13.Məşğulluq altsistemindən e-arayış xidməti
  • 14.Torpaq pay mülkiyyətçisi barədə e-arayış xidməti
  • 15.Şəxsin fərdi uçot sistemində qeydiyyata alınması barədə e-arayış xidməti.

Bu e-arayış xidmətləri ildə 1 milyon 500 mindən çox insanın nazirliyin fəaliyyət sahələri üzrə onlara dair arayışları hansısa quruma müraciət etmədən, elektron qaydada, real vaxt rejimində rahat şəkildə əldə etməsinə imkan verir.

2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi və nazirliyin e-arayış xidmətlərinin sayının 30-a çatdırılması nəzərdə tutulur.