Nazirlik: 235 min hektardan artıq ərazidə taxıl biçini aparılıb

  • 12 İyun, 2019 16:37
Nazirlik: 235 min hektardan artıq ərazidə taxıl biçini aparılıb

Bu günə qədər Azərbaycanda 235 159 hektar ərazidə taxıl biçini aparılıb, 203 507,7 hektar ərazidə arpa, 316 51,3 hektar ərazidə buğda biçini başa çatıb.

"Finans.az" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilir.

Məlumata görə, ölkə üzrə 699 511,7 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 29,7 sentner təşkil edir.

Bərdə rayonunda arpa biçini başa çatıb. Kürdəmir rayonunda arpa biçini başa çatmaq üzrədir. Rayon ərazisində arpa əkilmiş 29 926 hektar sahənin 28 944 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Sabirabad, Cəlilabad, Zərdab, Yevlax, Bərdə, Beyləqan, Samux, Goranboy, Qax, Masallı, Ağcabədi, Füzuli, Ağdam və Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

RayonArpa sahəsi, haBiçilmiş sahə, haMəhsuldarlıq, s/ha
Neftçala314042831525,1
Şəki21626,31280034,0
Biləsuvar149001357132,0
Sabirabad9600879937,7
Zərdab5730520530,5
Yevlax5082,5460029,0
Cəlilabad4509,1421035,2
Bərdə2568256831,0
Beyləqan1765168127,7
Samux3544247235,1
Goranboy11500795624,0
Qax2881212026,1
Masallı2786226918,1
Ağcabədi5637453030,0
Füzuli8505664230,5
Ağdam2215148936,3
Tərtər3814,5249533,1