Bu il 181 486 hektar sahədə taxıl biçini aparılıb

  • 10 İyun, 2019 14:27
Bu il 181 486 hektar sahədə taxıl biçini aparılıb

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.

"Finans.az" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, iyunun 10-na olan operativ məlumata görə, ölkə ərazisində 181486 hektar ərazidə taxıl biçini aparılıb, 171231,7 hektar ərazidə arpa, 10254,3 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 528743,2 ton taxıl istehsal olunub, orta məhsuldarlıq hər hektara 29,1 sentner təşkil edir.

Kürdəmir rayonunda arpa biçini başa çatmaq üzrədir. Rayon ərazisində arpa əkilmiş 29926 hektar sahənin 28645 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Sabirabad, Cəlilabad, Zərdab, Yevlax və Bərdə rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

Rayon

Arpa sahəsi, ha

Biçilmiş sahə, ha

Məhsuldarlıq, s/ha

Neftçala

31404

25190

21,6

Şəki

21626,3

10400

34

Biləsuvar

14900

12956

30

Sabirabad

9600

8213

38

Zərdab

5730

4342

30,5

Yevlax

5082,5

4150

28

Cəlilabad

4509,1

4090

35,2

Bərdə

2568

2537

31

Beyləqan

1765

1426

26,8

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.

Ölkə üzrə taxıl biçininə 1348 kombayn cəlb olunub. Bunlardan 511-i “Aqrolizinq” ASC-nin balansında olan kombaynlardır. Arpa biçininə cəlb olunan digər kombaynlar isə fiziki və hüquqi şəxslərə məxsusdur. “Aqrolizinq” ASC-nin kombaynları ilə 71710 hektar, fiziki və hüquqi şəxslərdə olan kombaynlarla 1109776 hektar sahə biçilib.