Nazirlik 435 vakansiya üzrə işə qəbul elan etdi

  • 14 Yanvar, 2020 15:09
Nazirlik 435 vakansiya üzrə işə qəbul elan etdi

Kənd Təsərrüfatı Nazirliyi 435 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul üçün müsabiqə üzrə müsahibə elan edib.

"Finans.az" nazirliyə istinadən xəbər verir ki, yanvarın 13-dən bu vakant vəzifələr üzrə sənəd qəbulu başlayıb. Təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.

Müsahibə mərhələsi üzrə qeydiyyat fevralın 11-dək davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyi hüquqşünas, maliyyə, informasiya texnologiyaları, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.

Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru və texniki nəzarətin təşkili sektoru üzrə müəyyənləşib.

Elanla tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz: 356 vakansiya79 vakansiya