Nazirlik: 280 623 hektar ərazidə taxıl biçini aparılıb

  • 14 İyun, 2019 11:56
Nazirlik: 280 623 hektar ərazidə taxıl biçini aparılıb

Bu günə qədər Azərbaycan ərazisində 280 623 hektar ərazidə taxıl biçini aparılıb.

“Finans.az” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunun 225 782 hektarı arpa, 54 841 hektarı isə buğda əkilmiş ərazidir.

Ümumilikdə, bu günə qədər ölkə üzrə 843 624ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 30 sentner təşkil edir.

Bərdə rayonunda arpa biçini başa çatıb. Kürdəmir, Sabirabad Beyləqan, Zərdab, Yevlax, Cəlilabad və Masallı rayonlarında arpa biçini başa çatmaq üzrədir. Kürdəmir ərazisində arpa əkilmiş 29 926 hektar sahənin 29 161 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Sabirabad ərazisində arpa əkilmiş 9 600 hektar sahənin 9 550 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 37,5 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Sabirabad, Cəlilabad, Zərdab, Yevlax, Bərdə, Beyləqan, Samux, Goranboy, Qax, Masallı, Ağcabədi, Füzuli, Ağdam, Tərtər və İmişli rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

RayonArpa sahəsi, haBiçilmiş sahə, haMəhsuldarlıq, s/ha
Neftçala31 40429 86026,9
Şəki21 62614 03034,0
Biləsuvar14 90014 19432,0
Sabirabad9 6009 55037,5
Zərdab5 7305 64830,6
Yevlax5 0835 00029,5
Cəlilabad4 5094 35035,2
Bərdə2 5682 56831,0
Beyləqan1 7651 73627,9
Samux3 5443 17634,8
Goranboy11 5009 37424,0
Qax2 8812 44626,0
Masallı2 7862 58820,5
Ağcabədi5 6374 95133,5
Füzuli8 5057 52230,6
Ağdam2 2151 81135,6
Tərtər3 8152 97834,2
İmişli6 3225 18632,3
Xızı1 9251 24017,3
Göyçay6 8515 13331,5
Salyan9 9177 97832,7