Nazirlik 2 milyon manatlıq minik avtomobilləri alır

  • 8 Aprel, 2020 12:28
Nazirlik 2 milyon manatlıq minik avtomobilləri alır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 164 ədəd “Khazar LX” markalı minik avtomobillərinin satın alınmasına dair “Azərmaş” MMC ilə müqavilə bağlayıb.

"Finans.az" dövlət satınalmaları reyestrinin məlumatlarına istinadən xəbər verir ki, bu satınalma müqabilində cəmiyyətə 1 999 980 manat ödəniləcək.

ƏƏSMN-nin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı "Report"a bildirib ki, avtomobillər ölkə prezidentinin ayırdığı vəsait hesabına alınır. Onlar Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə təqdim ediləcək.