Nazir: "Təqaüd alan tələbələrin sayı 50%-ə çatdırılacaq"

  • 24 Dekabr, 2019 13:44
Nazir:

"Təhsilin inkişafı dövlət strategiyasında əsas hədəflərdən biri olub".

"Finans.az" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov "Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda keçirilən konfransda deyib.

Nazir bildirib ki, 2013-2019-cu illərdə 3300-ə yaxın məktəb tikilib və təmir olunub: "Bu il respublika fənn olimpiadalarında 30 mindən çox şagird iştirak edib. Əvvəlki illərlə müqayisədə bu rəqəm 5 dəfə çoxdur. Əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfər təşkil edib".

C.Bayramov qeyd edib ki, Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzinə bu tədris ilində 8 istiqamət üzrə 231 tələbə qəbul edilib: "Gələn ildən tələbə sayının 1000 nəfərə çatırıdılması nəzərdə tutulur. Bu il həmçinin tələbələrə verilən təqaüdlərin həcmi 20% artırılıb, bu da 110 mindən çox tələbəni əhatə edib. Növbəti tədris ilindən təqaüd alan tələbələrin 50%-ə çatdırılması planlaşdırılır".


Mənbə: report.az