Nazir: 2019-cu ildə ÜDM-nin real artımı 2,2% olub

  • 16 Yanvar, 2020 11:42
Nazir: 2019-cu ildə ÜDM-nin real artımı 2,2% olub

İlkin qiymətləndirməyə görə, 2019-cu ildə ÜDM-nin real artımı 2,2%, qeyri neft sektorunda isə 3,5% olub.

"Finans.az" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin yekunlarına dair bu gün keçirilən mətbuat konfransında deyib:

"Qeyri-neft sektorunda sənaye istehsalı 13,9% artıb, qeyri-neft ixracının həcmi 1,9 milyard ABŞ dollarını ötüb. Ötən il qeyri-neft sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların real artım tempi 3,5% təşkil edib. Qeyri neft sektoruna investisiyaların cəmi investisiyalarda xüsusi çəkisi 2018-ci ildəki 65,2%-dən 2019-cu ildə 69,7%-ə yüksəlib".