Bu nazirin bankir oğlu rəhbər vəzifəsini itirdi

  • 6 Fevral, 2019 16:43
Bu nazirin bankir oğlu rəhbər vəzifəsini itirdi

Azərbaycan Beynəlxalq Bankında İdarə Heyəti sədrinin müavinlərinin sayı 4-dən 3-ə düşüb.

“Finans.az”ın əldə etdiyi məlumata görə, Murad Şirəliyev müavin vəzifəsini itirib.

Digər müavinlər Elmir Həbibullayev, Aqşin Əmirov və Nəbi Əliyev öz vəzifələrində qalıblar.

Xatırladaq ki, Murad Şirəliyev Səhiyyə Naziri Oqtay Şirəliyevin oğludur. O, müavin vəzifəsinə 2015-ci ilin iyul ayında təyin edilmişdi