Nazir: "Azərpoçt" tranzit poçt kimi fəaliyyət göstərir

  • 4 Dekabr, 2018 11:00
Nazir:

Azərbaycan poçtu bu gün ənənəvi xidmətlərlə yanaşı, bank-maliyyə xidməti də göstərir.

"Finans.az" xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Bakutel-2018" sərgisinin açılış mərasimində çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, artıq milli poçtumuz beynəlxalq-tranzit poçt kimi fəaliyyət göstərməyə başlayıb.

"Belə ki, Çindən sifariş olunan elektron ticarət məhsulları Azərbaycana gətirilir və "Azərpoçt" tərəfindən tranzit poçt kimi emal olunaraq dünyanın 20-dək ölkəsinə çatdırılır", - deyə R.Quluzadə vurğulayıb.