Nazir: Azərbaycanda bu il iqtisadi azalma templəri 3,5-3,7% olacağı proqnozlaşdırılır

  • 24 Sentyabr, 2020 14:04
Nazir: Azərbaycanda bu il iqtisadi azalma templəri 3,5-3,7% olacağı proqnozlaşdırılır

İlkin təhlillərə əsasən, Azərbaycanda 2020-ci ildə ÜDM-in azalması gözlənilsə də, azalma templəri gözləntilərdən daha aşağı olacaq.

"Finans.az"ın məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "Daşkəsən Filizsaflaşdırma" ASC və "Çovdar" filiz emalı sahəsinə səfəri zamanı çıxış edərkən deyib.

Onun sözlərinə görə, əgər proqnozlara əsasən, may-iyun aylarında iqtisadi azalma 4,5-4,7% səviyyəsində olacağı ehtimallar olunurdusa, hazırda iqtisadiyyatın azalma templəri təxminən 3,5-3,7% ətrafında proqnozlaşdırılır: “Bütün bu proqnozlarda pandemiyanın ikinci dalğasının olub-olmaması, olduğu halda və təqdirdə hansı dərəcədə sərt olması və ən əsası – vətəndaşlarımızın, hər birimizin müvafiq normalara riayət edilməsi ilə birbaşa bağlıdır. Çünki iqtisadiyyat və iqtisadi aktivlik birbaşa olaraq sosial aktivliklə bağlıdır. Bunlar bir-birindən ayrılmamalıdır və ayrıla bilməz”.


Mənbə: apa.az