Naxçıvanın xarici ticarət dövriyyəsində 190 mln. dollarlıq müsbət saldo yaranıb

  • 21 Avqust, 2019 16:15
Naxçıvanın xarici ticarət dövriyyəsində 190 mln. dollarlıq müsbət saldo yaranıb

Naxçıvan Muxtar Respublikasında 2019-cu ilin yanvar-iyul ayları ərzində 253 milyon 361 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.

“Finans.az” Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ixracın dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 221 milyon 587 min 800 ABŞ dolları təşkil edib.

Muxtar respublikanın xarici ticarət dövriyyəsində 189 milyon 814 min 600 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.