Naxçıvanda kənd təsərrüfatı məhsulları istehsalı 3,4% artıb

  • 21 Avqust, 2019 14:50
Naxçıvanda kənd təsərrüfatı məhsulları istehsalı 3,4% artıb

Cari ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasında 244 milyon 713 min 500 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.

“Finans.az” Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4% çoxdur.

Həmin dövr ərzində diri çəkidə ət istehsalı 13 348 tona, süd istehsalı isə 60 358 ton olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,7%, süd istehsalı isə 1,3% artıb.

Muxtar respublikada 383 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.