Naxçıvana investisiya qoyuluşu azalıb

  • 19 Mart, 2019 17:37
Naxçıvana investisiya qoyuluşu azalıb

Bu ilin yanvar-fevral aylarında Naxçıvan MR-da vəsait qoyuluşları çərçivəsində bütün maliyyə mənbələrindən əsas kapitala 73,18 mln manat vəsait yönəldilib.

“Finans.az” xəbər verir ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,773 mln. manat və yaxud 27,5% azdır.

Əsas kapitala yönəldilmiş vəsaitin 69,85 mln. manatı və yaxud 95,4%-itikinti-quraşdırma işlərinin payına düşüb.


Mənbə: report.az