“Naftoqaz”ın Avropa borc öhdəlikləri bazarına çıxacağı vaxt bəlli oldu

  • 17 Sentyabr, 2018 12:55
“Naftoqaz”ın Avropa borc öhdəlikləri bazarına çıxacağı vaxt bəlli oldu

Ukraynanın “Naftoqaz” şirkəti bu ilin oktyabr ayında 500 milyon-1 milyard ABŞ dolları həcmində Avropa istiqrazlarının buraxılışını planlaşdırır.

"Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu şirkətin İdarə Heyətinin sədri Andrey Kolobov deyib.

Onun sözlərinə görə, vəsaitlər şirkətin inkişafı üçün cəlb olunacaq.