Muxtar Respublikada kredit qoyuluşları 2,1 dəfə artıb

  • 21 Avqust, 2019 17:15
Muxtar Respublikada kredit qoyuluşları 2,1 dəfə artıb

2019-cu ilin ilk 7 ayı ərzində Naxçıvan Muxtar Respublikadasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 64 milyon 55 min 100 manat məbləğində kreditlər verilib.

“Finans.az” Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, bir il öncəki göstəricidən 2,1 dəfə çoxdur

Hesabat dövründə verilən kreditlərin 6 milyon 576 min 200 manatı və yaxud 10,3%-i qısamüddətli, 57 milyon 479 min 100 manatı və yaxud 89,7%-i uzunmüddətli kreditlər olub.

1 avqust 2019-cu il tarixə muxtar respublikanın banklarında açılan bank hesablarının sayı 82 307-ə çatıb. Bunun da 72 821-i və ya 88,5%-i aktiv hesablardır.

Cari ilin yanvar-iyul aylarında açılan 15 987 bank hesabının 15 907-si aktiv hesablar olub.

Muxtar respublikada quraşdırılan POS-terminalların sayı 1 276-ya çatıb.