Mülki aviasiya sahəsində avropalıların təcrübəsinin tətbiqi müzakirə edilib

  • 19 Fevral, 2019 11:09
Mülki aviasiya sahəsində avropalıların təcrübəsinin tətbiqi müzakirə edilib

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdədir.

“Azərbaycan Hava Yolları” QSC-dən “Finans.az”a verilən məlumata görə, səfərin gündəliyini Azərbaycan və Avropa İttifaqı arasında Vahid Aviasiya Məkanına dair saziş təşkil edir.

Heydər Əliyev Beynəlxalq Hava Limanına səfər zamanı qonaqlar AZAL prezidenti Cahangir Əsgərovla görüş keçiriblər.

Görüşdə tərəflər əməkdaşlıq perspektivlərini və Azərbaycanın mülki aviasiya sahəsində Avropa mütəxəssislərinin təcrübəsinin tətbiqini müzakirə edib.