“Muğan Bank” lizinq şirkəti yaradıb

  • 21 Fevral, 2020 15:47
“Muğan Bank” lizinq şirkəti yaradıb

Vergilər Nazirliyi “Muğan Lizinq” MMC-ni dövlət qeydiyyatına alıb.

“Finans.az” nazirliyə istinadən xəbər verir ki, yeni lizinq şirkəti “Muğan Bank” ASC-nin “Veraj” şöbəsinin yerləşdiyi Bakı şəhəri, Süleyman Rəhimov küçəsi, 179 a ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Zaur Şəmsəddin oğlu Zeynalovdur.


Mənbə: report.az