“Muğan Bank” investisiya şirkəti yaratmaq istəyir

  • 20 Sentyabr, 2019 15:56
“Muğan Bank” investisiya şirkəti yaratmaq istəyir

Azərbaycanın qiymətli kağızlar bazarına daha bir investisiya şirkəti daxil ola bilər.

“Finans.az” xəbər verir ki, “Muğan Bank” ASC “Muğan Kapital İnvestisiya Şirkəti” ASC-ni təsis etməyi planlaşdırır.

Maliyyə Bazarlarına Nəzarət Palatası Bankın bu istəyinə müsbət yanaşsa, ölkədəki investisiya şirkətlərinin sayı 9-a çatacaq. Onu da qeyd edək ki, “Muğan Bank”la yanaşı, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin də eyni planı var.


Mənbə: report.az