Müdaxilə ehtimalı olan qaz sayğaclarının yoxlama prosesi necə aparılır?

  • 2 İyul, 2020 12:45
Müdaxilə ehtimalı olan qaz sayğaclarının yoxlama prosesi necə aparılır?

Qaz sayğaclarının əvəzlənməsi ilə bağlı proses çox vaxt abonentlər arasında suallar yaradır.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən “Finans.az”a verilən məlumata görə, bu əməliyyatın necə həyata keçirilməsi ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin hazırladığı video materialda geniş şərh verilib.

Bu video materialda müdaxilə olunma ehtimalı olan sayğacların ünvandan çıxarılaraq yoxlama mərhələlərinin keçirilməsi ardıcıl izah edilib.