Mübariz Mənsimov barəsində həbs qətimkan tədbiri seçildi

  • 17 Mart, 2020 10:09
Mübariz Mənsimov barəsində həbs qətimkan tədbiri seçildi

Türkiyədə FETÖ ittihamı ilə saxlanılan Mübariz Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib.

“Finans.az” xəbər verir ki, Mübariz Mənsimov və menecer Nuray Nurcihan Peker ötən axşam İstanbul Ədalət Sarayına aparılıb.

Məhkəmə qərarı ilə Mübariz Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib, Nuray Nurcihan Peker isə sərbəst buraxılıb.

Qeyd edək ki, Mübariz Mənsimov Azərbaycan əsilli iş adamı, Palmali Şirkətlər Qrupunun sahibidir.


Mənbə: report.az