"Moody's" qlobal neft-qaz sektoru üzrə proqnozunu yüksəldib

  • 9 Sentyabr, 2020 15:10

"Moody's" beynəlxalq reytinq agentliyi 2021-ci ilin iyun ayınadək qlobal neft-qaz sektorunun bərpa olacağını gözləyir və bunun əsasında sektor üzrə proqnozunu "mənfi"dən "sabit"ə yüksəldib.

“Finans.az” xəbər verir ki, bu barədə agentliyin materiallarında deyilir.

Analitiklərin fikrincə, sektorun 2021-ci ilin iyun ayına qədər bərpa ediləcəyi gözlənilir, lakin orta qiymətlər və tələbat böhrandan əvvəlki səviyyədən aşağı olacaq. Beləliklə, II rübün ən aşağı səviyyələrindən çıxdıqdan sonra, 2021-ci ildə neftin orta qiymətləri pandemiyadan əvvəlki göstəricilərdən daha aşağı – 40-45 dollar səviyyəsində qalacaq.

Emal sektoru II rübdə yavaşlamadan sonra neft məhsullarına olan tələbatın artmasından faydalansa da, tələbatın 2019-cu ilə nisbətən zəif qalacağı bildirilir.

Mütəxəssislərin fikrincə, yaxın 12 ayda sənayenin müsbət sərbəst nağd pul axınına qayıtması ehtimalı azdır və neftin 1 barelinin qiymətinin 40-45 dollar səviyyəsində saxlanması şirkətlərin 2021-ci ildə də kapital xərclərinin azaltmasına gətirib çıxaracaq.


Mənbə: apa.az