"Moody's" qlobal aviadaşımalar bazarının bərpasına dair proqnozunu açıqladı

  • 17 İyul, 2020 16:14

"Moody's" Beynəlxalq Reytinq Agentliyi COVID-19 pandemiyasından dolayı aviadaşımalar sferasında cərəyan edən situasiyaya həsr olunmuş proqnoz dərc edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, agentliyin analitikləri sərnişin tələbinin 2019-cu il səviyyəsinə gəlməsini 2023-cü ildən tez gözləmirlər.

Qeyd edilir ki, bunun daha gec bir zamanda da baş vermə riskləri mövcuddur. "Moody's" aviauçuşların bərpasının iki vacib faktorunu önə çəkir. Əvvəla 2021-ci ilən gec olmayaraq koronavirus əlehinə vaksinin uğurlu tətbiqi. Digəri isə sektorda məşğulluqun saxlanılması və restrukturizasiya işlərinin aparılması üçün vacib olan dövlət dəstəyinin aviaşirkətlərə göstərilməsidir.