İnformasiya və rabitə xidmətlərinin dəyəri 12%-ə yaxın artıb

  • 18 May, 2019 11:39
İnformasiya və rabitə xidmətlərinin dəyəri 12%-ə yaxın artıb

Cari ilin yanvar-aprel aylarında informasiya və rabitə müəssisələri 637,0 milyon manatlıq xidmət göstərib ki, onun da 71,7%-i əhali tərəfindən istehlak olunub.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, keçən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 11,7% artıb, bu sahədə əldə edilən gəlirin 82,6%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 42,8%-i və ya 272,4 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.