Kassaya yaxınlaşmadan mobil tətbiqlə ödənişə imkan verən startap 3,5 milyon cəlb etdi

  • 4 Oktyabr, 2019 17:25
Kassaya yaxınlaşmadan mobil tətbiqlə ödənişə imkan verən startap 3,5 milyon cəlb etdi

Britaniyanın "MishiPay" startapı vençur maliyyələşmə raundu çərçivəsində 3,5 milyon funt sterlinq cəlb edib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, əsas investorlar qismində "American Express Ventures", "Nauta Capital" və "United Ventures" şirkətləri çıxış edib.

"MishiPay" mağazada istənilən malı smartfon vasitəsilə skan etməyə və kassaya yaxınlaşmadan haqqını ödəməyə imkan verən mobil tətbiqdir. Bu sistemi artıq dünyada tanınmış idman malları riteyleri "Decathlon" və Avropanın ən böyük pərakəndə elektronika şəbəkəsi olan "MediaMarktSaturn" istifadə edir.